Главная » 2013 » Март » 30 » Aktauda “31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir
17:00
Aktauda “31 mart - azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir


AZSTUDENTS.KZ представляет новость на азербайджанском языке.

29 mart 2013-cü il tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda Aktau şəhərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə "31 mart – azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş tədbir keçirilmişdir.


Tədbir keçirilən zalda ermənilərin azərbaycanlılara qarşı soyqırımı əks etdirən foto sərgi, Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş "Qarabağ həqiqətləri” və ermənilərin azərbaycanlılara qarşı uzun illər boyu apardığı qanlı siyasətə həsr olunmuş kitablar nümayiş etdirilmişdir.

Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun konsulu Elxan Zeynalov tədbiri açaraq, XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı aparılmış soyqırım hadisələri ilə bağlı məlumat verdi və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra törədilmiş bu cinayətlərin uzun illər boyu gizli saxlanılması siyasəti yeridildiyindən danışdı. E.Zeynalov bu qanlı hadisələrə yalnız 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş fərmanla siyasi-hüquqi qiymət verildiyini vurğulayaraq, hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin 1905-1907-ci və 1918-ci illərdə ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Göyçə, Zəngəzur və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələrinin bütün dünyada tanıdılması istiqamətində işlər aparıldığını qeyd etdi.

Daha sonra, azərbaycanlı tələbələr adından Ş.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin tələbələri Aytən Məmmədova, Firuzə Nəsibova, İlkin Orucov və digərləri çıxışlar edərək, ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımın dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində xaricdə yaşayan Azərbaycanın diaspora təşkilatlarının və tələbə-gənclərin aktıvləşməsinin vacibliyini bildirdilər.

Tədbirin sonunda Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanmış Azərbaycan Həqiqətləri silsiləsindən "Bakı soyqırımı” filmi nümayiş etdirildi.


Orucov Ilkin Yusif oglu

azstudents.kz









Просмотров: 1230 | Добавил: iLkiN(ADMIN) | Теги: Aktauda “31 mart – azərbaycanlıları | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]