AZƏRBAYCAN-QAZAXISTAN İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR HAQQINDA MƏLUMAT


Qısa tarixi məlumat

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılmışdır.

9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı, 1 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirlikləri fəaliyyətə başlamışdır.

İbrahim Amanqaliyev Qazaxıstan Respublikasının Azərbaycanda ilk Səfiri olmuşdur.

2008-ci ilin yanvar ayından etibarən Primbetov Serik Dostanoviç Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni Fövqəladə və Səlahiyyətli Səfiri kimi fəaliyyət göstərir.

29 yanvar 2004-cü il tarixində Lətif Qəndilov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Səfiri təyin edilmişdir.

13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. İşçi qrupun rəhbəri Fərhad Qəribov, üzvləri N.Cəfərov, M.Quliyev, A.Quliyeva, V.Məmmədov, C.Həsənli və S.Seyidovdur. Milli Məclisin 126-IIIQR saylı, 2 oktyabr 2006-cı il tarixli qərarı ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində müəyyən dəyişikliklər edilərək, F.İbrahimli, R.Məmmədhəsənov, B.Sadıqov və R.Xəlilov Azərbaycan-Qazaxstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilmişlər.

6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsul v.i.e. R.Məmmədov fəaliyyətinə başlamışdır.

Siyasi münasibətlər

İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem mövcud olmamışdır. Bu münasibətlər 1-2 mart 2004-cü il tarixlərində Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Qazaxıstana və 24-25 may 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin ölkəmizə rəsmi səfərlərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.


Azərbaycan tərəfi Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində "Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin (AQEM) yaradılması təşəbbüsünü tam dəstəkləmişdir.


2006-cı ilin iyul ayında AR XİN tərəfindən qeyri-rəsmi mənbələr vasitəsilə Almatı şəhərində keçirilmiş "Avtomobil ehtiyat hissələri, qaraj təchizatları və yanacaqdoldurma stansiyaları” üzrə III beynəlxalq sərginin (The Third International Exhibition for Autoparts, Garage equipment & Petrol station) reklam broşürası əldə olunmuşdur. Bu broşürada əks olunmuş rəngli xəritədə Azərbaycan Respublikasının ərazisində Dağlıq Qarabağ bölgəsi xüsusi olaraq və Ermənistan ərazisinin əks olunduğu rəngdə verilmişdir. Bununla əlaqədar, qeyd olunan reklam broşürasında verilmiş səhvin düzəldilməsi ilə bağlı ciddi tədbirlərin görülməsi üçün Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinə, habelə sözügedən tədbirin təşkilatçılarına müraciət edilməsi haqqında AR XİN tərəfindən Qazaxıstandakı Səfirliyimizə müvafiq təlimat verilmiş, eyni zamanda QR-in Bakıdakı Səfirliyinə müraciət edilmişdir. Məsələ ilə bağlı Səfirliyimiz QR-in Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək reklam broşürunda buraxılmış səhvin aradan qaldırılmasını tələb etmişdir. 2006-cı ilin 11 avqust tarixində Qazaxıstan XİN-dən Səfirliyimizin ünvanına daxil olmuş notada sərgi təşkilatçılarının baş vermiş hadisə ilə bağlı mövqeyi açıqlanmış, onların BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdikləri qərarları dəstəklədikləri, reklam broşürünün nəşri zamanı yol verilmiş səhvin texniki səbəbdən baş verdiyi və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün daha diqqətli olacaqları bildirilmişdir. Bununla yanaşı, Səfirliyimiz tərəfindən sərginin təşkilatçısı M.Arslanla əlaqə saxlanılmış, söhbət zamanı o, reklam broşürlarının nəşri zamanı yol verilmiş səhvin texniki səbəbdən baş verdiyini bildirərək, buna görə rəsmi üzr istəmiş və artıq yeni reklam broşürlarının sifariş verildiyini qeyd etmişdir.


27 oktyabr 2006-cı il tarixində Vyanada ATƏT-in Daimi Şurasının Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsi ilə bağlı xüsusi plenar iclası keçirilmiş və iclasın gündəliyinin yeganə bəndi üzrə Qazaxıstanın Xarici işlər naziri Q.Tokayev çıxış edərək, son illərdə ölkəsində həyata keçirilən islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi haqqında məlumat vermişdir. O, həmçinin 2009-cu ildə ölkəsinin ATƏT-də sədrlik əmək niyyətində qaldığını və bunun üçün həm daxili, həm də xarici siyasətdə lazımi tədbirlərin həyata keçirildiyini söyləmişdir. Ona cavab olaraq çıxış etmiş ABŞ, Norveç, Kanada və Avropa İttifaqı adından Finlandiya nümayəndələri Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədr olmaq niyyətini alqışladıqlarını, son illər bu ölkədə gedən ciddi inkişafın təqdirəlayiq olduğunu qeyd edərək, eyni zamanda ATƏT-in sədrliyinə namizəd ölkənin təşkilat qarşısında götürdüyü bütün öhdəliklərə ciddi əməl etməli olduğunu bildirmişlər. ABŞ nümayəndəsi Qazaxıstan qarşısında hələ həyata keçiriləcək bir sıra tədbirlərin olduğunu vurğulayaraq, yalnız bundan sonra Qazaxıstanın ATƏT- də sədrlik etmək istəyinin nəzərdən keçirilə biləcəyini bildirmiş və Qazaxıstanın 2011-ci il üçün öz namizədliyini irəli sürməsini təklif etmişdir. Rusiya, Azərbaycan, Türkiyə, Ukrayna, Tacikistan, Qırğızıstan və Yaponiya nümayəndələri çıxış edərək, 2009-cu ildə ATƏT-də sədrlik üçün Qazaxıstanın namizədliyini tam dəstəklədiklərini bildirmişlər. Ermənistanın nümayəndəsi isə öz ölkəsinin MDB Dövlət başçılarının 2005-ci ilin avqust ayında Qazaxıstanın namizədliyinə dəstək haqqında qəbul etdiyi qərara hələ ki sadiq qaldığını bildirmişdir.


5 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovun Brüsseldə keçirilmiş ATƏT-in Nazirlər Şurasındakı çıxışında Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsinin Azərbaycan tərəfindən dəstəkləndiyini bir daha qeyd edilmiş və bununla əlaqədar Qazaxıstan Respublikasının Xarici İşlər Naziri K.Tokayev minnətdarlıq məktubu göndərmişdir.

14 mart 2008-ci il tarixində BMT Baş Assambleyasının 62-ci sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsinə dair keçirilmiş səsvermədə Qazaxıstan Respublikası bitərəf səs vermişdir.


İqtisadi-ticarət münasibətlər


Azərbaycan və Qazaxıstan arasında ticarət əlaqələri ABŞ doll. ilə

(Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına istinadən)

Diaspora haqda məlumat

Rəsmi məlumatlara görə hal-hazırda Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə üç yüz min azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik, orta biznes və digər sahələrdə çalışırlar. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar.



Bununla yanaşı, həmvətənlərimiz Qazaxıstan Respublikasının qanunlarına uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət təşkilatlarını yaratmışlar. Qazaxıstan Respublikasında "Qazaxıstan Xalqları Assambleyası” yaradılmış və Prezident N.Nazarbayev bu assambleyanın sədridir. 1990-ci illərdən etibarən Almatıda "Turan”, Aktyubinsk vilayətində "Dostluq”, Jambul vilayətində "Azəri”, Qərbi- Qazaxıstan vilayətində "Birlik”, Qaraqanda vilayətində "Namus”, Kustanay vilayətində "Heydər”, Pavlodar vilayətində "Vətən” və s. Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni zamanda "Qazaxıstan Xalqları Assamleyası”nın üzvləridir.


Paytaxt Astanada diasporanın çoxsaylı nümayəndələrini ətrafında birləşdirməyi bacarmış "Xəzər” milli-mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı, 2003-cü ildə Astanada "Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzi” ictimai təşkilatının nümayəndəliyi açılmışdır ki, bu da Qazaxıstandakı bütün Azərbaycan milli-mədəniyyət mərkəzlərini özündə birləşdirir.


Son dövrlər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazaxıstanın Taldıkurqan şəhərində "Naxçıvan”, Çuy şəhərində "Azərbaycanlıların Mədəniyyət Mərkəzi” təsis edilmiş və Astana, Almatı, Taldıkurqan, Qaraqanda şəhərlərində Azərbaycan dilində "Bazar günü” məktəbləri açılmışdır.


7 sentyabr 2004-cü il tarixində Astana şəhərinin "Turist” mehmanxanasının konfrans zalında Astana şəhəri Akiminin müavini, Astana şəhəri mətbuat mərkəzinin fəxri prezidenti T.Muxamedjanovun və Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfiri L.Qəndilovun Astana ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə Azərbaycan "Xəzər” milli-mədəniyyət Mərkəzinin təsis etdiyi beynəlxalq ictimai-siyasi, rus və qazax dillərində nəşri nəzərdə tutulmuş aylıq "Turan-ekspress” qəzetinin təqdimat mərasimi keçirilmişdir.


25 sentyabr 2006-cı il tarixində Qazaxıstanın Cambul vilayətinin Çu rayonunda 5 mindən artıq soydaşımızın yaşadığı Yeni yol-"Novıy put” kəndində "Nəsimi” Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmışdır. Mərkəzin sədri Qazaxıstanda tanınmış həmvətənlimiz T.Mirzəyev seçilmişdir.


Konsulluq münasibətləri

Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilmişdir. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsul v.i.e. R.Məmmədov fəaliyyətinə başlamışdır.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nam viverra in dui sit amet consequat.

- John Doe, creative director

Praesent vestibulum commodo mi eget congue. Ut pretium vel lectus vel consectetur.

- John Doe, creative director

Etiam quis aliquam turpis. Etiam in mauris elementum, gravida tortor eget, porttitor turpis.

- John Doe, creative director

Lorem ipsum
Neque id cursus faucibus, tortor neque egestas augue, eu vulputate magna eros eu erat
Neque id cursus faucibus, tortor neque egestas augue, eu vulputate magna eros eu erat. Curabitur pharetra dictum lorem, id mattis ipsum sodales et. Cras id dui ut leo scelerisque tempus. Sed id dolor dapibus est lacinia lobortis.
Learn more