Главная » 2013 » Март » 25 » Aktau şəhərində Novruz bayramına həsr olunmuş əyləncəli tədbir təşkil edilib
21:38
Aktau şəhərində Novruz bayramına həsr olunmuş əyləncəli tədbir təşkil edilib
AZSTUDENTS.KZ представляет новость на азербайджанском языке.

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən Manqistau vilayətində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə Manqistau vilayət Dövlət flarmoniyasının konsert zalında Novruz bayramına həsr olunmuş musiqili-əyləncəli tədbir təşkil etmişdir.

Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsuluğunun mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, tədbirdə Manqistau vilayətində yaşayan çox saylı soydaşlarımızla yanaşı Aktau şəhərinin tanınmış ictimaiyyət nümayəndələri və ziyalıları, vilayətdə fəaliyyət göstərən digər diaspora təşkilatlarının rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəlində Baş konsulluğun konsulu Elxan Zeynalov Novruz bayramı münasibəti ilə zala toplaşanları təbrik etmiş və Azərbaycanda Novruz bayramının tarixi, adət-ənənələri barədə məlumat vermişdir.

O, əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılan siyasətimizin əsas istiqamətlərindən olan xaricdə yaşayan azərbaycanlılar iş və azərbaycanlı tələbə-gənclərlə bağlı dövlət proqramları haqqında məlumat verərək, bu tədbirin dövlətimizin xaricdə yaşayan soydaşlarımıza və tələbə-gənclərimizə dövlət qayğısının bariz nümunəsi olduğunu vurğulamışdır.

Tədbirin açılışında Azərbaycan haqqında qısa film nümayiş etdirilmişdir, Daha sonra Manqistau vilayətində fəaliyyət göstərən azərbaycanlıların "Dostluq” milli mədəni cəmiyyətinin "Qarabağ” musiqi kollektivinin və müğənni Həbib Quliyevin ifasında Azərbaycan və Novruza aid mahnılar və muğamlar səslənilmiş, musiqiçilərimizin ifasında sazda Şınıx təranələri və Yanıq Kərəm, balabanda Sarı gəlin, nağarada Azərbaycan ritmləri ifa olunmuşdur.

Tədbirdə Manqistau vilayətdə yaşayan və sərbəst və yunan-roma güləşi, əlbəyaxa döyüşü, uşu və karate üzrə Qazaxıstanın və bir çox beynəlxalq yarışların qalibləri olmuş azərbaycanlı gənclər öz məharətlərini nümayiş etdirmişlər.

 Tədbirdə həmçinin tələbələr Firuzə Nəsibova, İlkin Orucov, Janna Qordiyenko və Aidə Əliyeva tərəfindən Novruza aid şeirlər səslənmış, gənc müğənnilər Rəfael Bayramov və Elsen Mehtiyevin ifasında estrada və rep üslubunda mahnılar oxunmuş, Elməddin Rüstəmov və Şamo Astanov tərəfindən meyxana deyilmiş, Samir Abdullayev və Ruslan Kanzəfərov tərəfindən nağara və gitarada ritmik musiqilər ifa olunmuş və azərbaycanlı gənclərin "Azəri” rəqs qrupbasının ifasında milli rəqslərimiz nümayış etdirilmişdir.

Tədbirdə Baş konsulluğun dəstəyi ilə azərbaycanlı tələbələr tərəfindən yaradılmış http://www.azstudents.kz/ saytının təqdimatı keçirilmişdir.


Orucov Ilkin Yusif oglu

azstudents.kz







Просмотров: 1448 | Добавил: iLkiN(ADMIN) | Теги: Novruz 2013 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]